3400 illik mumiyalar ilk dəfə olaraq nümayiş olunub Video

24.09.2019 20:15 71 Maraqlı

İki sarkofaqda olan mumiyalar Misirin Yeni Krallığının yüksək vəzifəli məmuruna və onun arvadına aiddir.

Fan.Az xarici mediaya istinadla xəbər verir ki, sarkofaqlar təxminən 3400 il bundan əvvəl 19-cu sülalə zamanı, I Set və II Ramsesin hökmdarlığı dövründə Luksordakı Deyr əl-Mədinə nekropolunda işçilərə nəzarətçi kimi çalışan Sencemə aiddir. Sencem Həqiqət Sarayının xadiminin ləqəbi olub.

Hər iki mumiya ağacdan hazırlanmış rəngli sarkofaqlarda olub.

Cəsədlər çox yaxşı vəziyyətdədir və onların mumiyalanması hökmdarlara aid dəfn prosesini xatırladır.

Mumiyaların ikisinin də sarkofaqının qapaqları açıldıqdan sonra onlar iyirmi gündən çox sterilizasiya kapsuluna yerləşdirilmək üçün bərpa laboratoriyasına göndəriləcəklər.

Dezinfeksiya prosesi çox təcrübəli restavratorlar tərəfindən aparılan mürəkkəb əməliyyata bənzəyir.

Mumiyalar ən azı bir ay ərzində müxtəlif həşəratlardan təmizlənmə prosesindən keçəcəklər.

Qeyd edək ki, Sencemlərə aid cəsədlər digər 20 mumiya ilə birlikdə 1886-cı ildə fransalı misirşünas Maspero tərəfindən Nil çayının qərb sahilində yerləşən məqbərədə aşkar edilib.

Bütün proseslər bitdikdən sonra mumiyalar yeni muzeydə hökmdarlara aid 17 mumiyanın yer alacağı Mumiya zalında sərgilənəcəklər.

Qahirənin bir hissəsi olan qədim şəhər Fustatda fəaliyyət göstərəcək yeni muzeydə qədim dövrlərdən müasir zəmanəyədək Misir sivilizasiyasına aid 50 000 eksponatdan ibarət kolleksiya təqdim ediləcək.

Ayn əl-Sirə gölünə açılan mənzərəsi olan yeni muzey doqquz zaldan ibarətdir. 

23 235 kvadratmetr sahəni əhatə edən yeni tikili böyüklüyünə görə sayca Misirin ikinci muzeyi olmaqla yanaşı, həmçinin inteqrasiya mədəniyyət mərkəzi funksiyasını yerinə yetirəcək.

Oxşar xəbərlər

Xəbər lenti