7 yaşlı qız uşağı sosial medianı silkələdi Foto

24.07.2019 20:40 866 Şou-biznes

Barbadoslu ulduz Rihannaya bənzəyən kiçik qız uşağının şəkli, Instagramda əsl hadisəyə çevrilib.

Fan.Az xarici mediaya istinadən məlumat verir ki, yeddi yaşlı qızın anası, övladının fotoşəkilini Instagramda bölüşərək, Rihannanı da işarələyib.

Qısa müddət ərzində 32 min layk toplayan paylaşıma biganə qalmayan 31 yaşlı Rihanna da qızın şəklini öz səhifəsində bölüşüb.
Məşhurların şərh yağışına tutduğu foto, qısa müddətdə 6 milyondan çox bəyənmə alıb.

Məşhur repçi Snoop Dog, Rihanna ilə "Nə vaxt uşaq sahibi oldun?" deyə zarafatlaşarkən, Priyanka Chopra kimi tanınmışlar da heyrətlərini gizlədə bilməyiblər.

Rihannanin qizi-2.jpg (85 KB)

Qeyd edək ki, keçən ay "Interview" jurnalına verdiyi müsahibədə, Rihanna "ana olmağı dünyada hər şeydən daha çox istədiyini" söyləmişdi.
Bir müddətdir ki, 44 yaşlı milyonçu Həsən Cəmil ilə birlikdə olan xanım sənətçi, əvvəlkindən fərqli olaraq, hazırda daha çox gözdən uzaq bir həyat sürməkdədir.

Bu günə qədər yaşadığı əlaqələri mediada işıqlandırılan pop-ifaçısı, bu münasibətini insanlardan və kameralardan uzaq tutmağa üstünlük verir.

Fan.Az

Oxşar xəbərlər

Xəbər lenti