83 yaşlı nənə gənc oğlanlar arasında məşhur olmağının sirrini açıb Video

05.09.2019 20:20 231 Həyat tərzi

Hetti nənə qeyd edir ki, gənclik dövrü ilə müqayisədə, hazırda oğlanlar onda başqa cür maraq oyatmağa çalışırlar.

Fan.Az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da 83 yaşlı qadın Tinder tanışlıq əlavəsinin proqramından istifadə edir və dediyinə görə cavan oğlanlar arasında məşhurluq qazanıb.

Tinderdən istifadə etdiyi 8 ay ərzində nənə təxminən 50 nəfər kişi ilə görüşə çıxıb. Onlardan ən gəncinin 19 yaşı olub. Hazırda 83 yaşlı qadın 30 yaşlarına yaxın kişi ilə münasibətdədir. Onlar həftədə üç dəfə sekslə məşğul olur.

Yalnız qeyri-ciddi münasibətlərə üstünlük verən iki uşaq anası və üç nəvənin nənəsi Nyu-York sakini Hetti Retroaj 35 ildir ki boşanıb. Yaşlı qadının sözlərinə görə, onun keçmiş əri aralarında sekslə bağlı hər şey yaxşı olub. Buna görə də 83 yaşlı nənə intim həyat üçün darıxmağa başlayıb. Bununla belə amerikalı qadın yalnız gənc oğlanlarla görüşür.

83 yaşlı Hettinin sözlərinə görə, hazırda həyatda onun məqsədi insanları yaşlanmağı nəsə dəhşətli bir şey kimi yox, qeyri-adi bir hadisə kimi qəbul etməyə inandırmaqdır.

Oxşar xəbərlər

Xəbər lenti