97 küçə itini qasırğadan qorumaq məqsədilə evinə gətirdi

04.09.2019 16:30 125 Dünya

Baham adalarında hökm sürən və dünyanın ən böyük ikinci qasırğası kimi müəyyən olunan Dorian qasırğası nəticəsində sadəcə insanlar deyil, heyvanlar da zərər görüb.

Fan.Az metbuat.az-a istinadla bildirir ki, paytaxt Nassauda yaşayan Çella Filips adlı qadın evinin qapılarını küçə itlərinə açıb. 97 köpəyi xilas edən yardımsevər qadın "onların necə həyatda qala biləcəyini düşünərək çox kədərlənirdim" sözlərini deyib və insanları kömək etməyə səsləyib. 79 yaşlı qadın "Facebook" mesajında evlərini su basması və tez-tez şimşək çaxması səbəbilə heyvanların qorxduğunu bildirib.

Filipsin hekayəsi sosial mediada Dorian qasırğası ilə bağlı paylaşılan mövzulardan biri olub. O, heyvanlara kömək etmək məqsədilə başlatdığı yardım kampaniyasında bu günə 54 min dollar toplaya bilib.

 

Oxşar xəbərlər

Xəbər lenti