ABŞ-da cinsiyyəti olmayan Barbi kuklaları buraxılıb Video

25.09.2019 19:00 63 Maraqlı

Müxtəlif dəri rəngində olan kuklalar lazım olan gender əlamətlərini əlavə etmək üçün bütün vacib detallara malikdirlər.

Fan.Az xarici mediaya istinadla xəbər verir ki, Amerikanın oyuncaq istehsalçısı olan Mattel şirkəti satışa Barbie seriyasına aid gender baxımından neytral kuklalar buraxıb.

Müxtəlif dəri rənginə malik altı kukladan ibarət Creatable World ("Yaradılan dünya") adlanan yeni seriyadakı oyuncaqların hər birinin xarici görkəmini şəxsi istəyə uyğun olaraq dəyişdirilməsi mümkündür.

Kukla dəstinə müxtəlif saç düzümlü iki parik: qısa saç fasonu və uzun tellər, həmçinin eyni kuklanın müxtəlif obrazlarını yaratmağa imkan verən geyim və aksessuarlar daxildir.

Uşaqlar şəxsi istəklərinə uyğun olaraq, kuklaların saç fasonu və ya don kimi gender əlamətlərini dəyişdirə bilərlər.

Bildirilir ki, yeni kuklaların hazırlanmasında nəinki uşaqlar və onların valideynləri, həm də pediatr və psixoloqlar iştirak edib.

Mattel Fashion Doll Design şirkətinin nümayəndəsi Kim Kalmon vurğulayıb ki, inklüzivliyin əhəmiyyətinin artmasını nəzərə alaraq, bu cür kuklalar istehsal etməklə bağlı qərar qəbul edilib.

Oxşar xəbərlər

Xəbər lenti