ABŞ Türkiyənin Liviyadakı fəaliyyətini tənqid etdi

13.02.2020 09:13 110 Siyasət

ABŞ Türkiyənin Liviyadakı addımlarını dəstəkləmir və rəsmi Ankaranı bu addımlardan çəkindirməyə çalışır.

“RİA Novosti” xəbər verir ki, bunu ABŞ dövlət katibinin Yaxın Şərq üzrə köməkçisi Devi Şenker bəyan edib.

“Biz Türkiyəni bu addımlardan çəkindirməyə çalışırıq. Biz həmçinin Liviyaya Türkiyə ordusunun yerləşdirilməsinə də qarşı idik”, - deyə Şenker əlavə edib.

Onun sözlərinə görə, Türkiyə ordusu Liviyada “status-kvo”nu bərqərar edib və Liviya Milli Ordusunun komandanı marşal Xəlifə Həftərin mövqelərini zəiflədib.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti