Aeroport yolunda BMW arxadan yük maşınına çırpıldı Video

04.12.2019 12:28 51 Hadisə

Paytaxtda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə aeroport yolunun Suraxanı rayonu ərazisində baş verib.

Qəza zamanı 90-DA-130 dövlət nömrə nişanlı, BMW markalı avtomobil yük maşınına arxadan çırpılıb.

Məlumatlara görə, qəza zamanı yük avtomobili yol kənarında dayanmış vəziyyətdə olub.

Hadisə nəticəsində minik maşınının sürücüsü xəsarət alıb. Qəza zamanı BMW yararsız vəziyyətə düşüb.

Fan.Az

Oxşar xəbərlər

Xəbər lenti