Afaq Aslanla Xatun arasında qalmaqal...

19.12.2019 09:10 441 Şou-biznes

Bu bayram günləri ərəfəsində bəzi şou biznes nümayənləri niyə qaşınırlar axı görəsən? El arasında bir məsəl var deyərlər ki, “Keçinin buynuzu qaşınanda gələr çobanın çomagına sürtər, sonra da deyər çoban niyə çomagını təpəmə çırpdı?”

FAN.AZ xəbər verir ki, Afaq Aslan həmkarı Xatunun:"Lüt şəkil paylaşır, başlayır qeyrətdən danışmağa" sözlərinə biganə qalmayıb. Xatunun ünvanına:"Xəbər səhifələrinin birində belə bir başlığa rast gəldim! 

Məşhur mügənnilərdən birisi belə bir fraza işlədib: “Lüt şəklini paylaşır, sonra da başlayır qeyrətdən danışmağa!”

Baxın, hərkəsin həyatı, imici və istəkləri özünə görədir! Niyə belə ifadələr səsləndirməklə, özünüzü geniş kütlənin gözündə bəsitləşdirərək,gözdən salırsınız? Axı cəmiyyət sizi gözəl tanıyır! Ən azından "həcilər" və "evli kişilər" bir araya toplaşanda “lüt şəkil paylaşıb, qeyrətdən danışır” dediklərinizin geyinib ,şəkil paylaşanların yataqda çıxartdığı oyunları və seks həyatlarını müzakirə etmirlər! Budur bax, lüt şəkil paylaşanlarla geyinib, şəkil paylaşanların fərqi və izahı! Qeyrətə qalanda isə qeyrətdən o kəslər danışar ki, onlarda yoxdur! Kim özündə nə yoxdu, özündə olmayan keyfiyyətlərdən ya agız dolusu danışar, ya da özündə olmayan keyfiyyətləri başqalarında axtarmağa başlayar!"

Xatırladaq ki, bu barədə Afaq Aslan həmkarı Xatununa cavab olaraq öz Facebook səhifəsində paylaşıb.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti