Ağcabədidə baş verən qəza nəticəsində, iki qardaşdan biri ölüb Foto

04.02.2020 11:43 546 Hadisə

Ağcabədidə ölümlə nəticələnən yol qəzası baş verib.

FAN.AZ APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Şərəfxanlı kəndi ərazisində qeydə alınıb. 1998-ci il təvəllüdlü Əliyev Şaməddin Niyaməddin oğlunun idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişin, 15 yaşlı Əliyev Nəciməddin Niyaməddin oğlu aldığı xəsarətdən hadisə yerində ölüb. Xəsarət alan sürücü isə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Oxşar xəbərlər

Xəbər lenti