Albaniyalı hücumçu Rey Manayı "Barselona"nın heyətinə qatılıb Video Foto

21.01.2020 08:36 264 İdman

"Barselona" futbol klubu “Albasete”nin hücumçusu Rey Manayı transfer edib.

FAN.AZ xəbər verir ki, bu barədə "Barselona"nın rəsmi saytında bildirilib.

Futbolçunun Kataloniya klubuna keçidi 700 min avroya başa gəlib. Bu məbləğ bonuslar kimi 2 milyon avroya qədər arta bilər.

Qeyd edilir ki, tərəflər 2023-cü ilə qədər qüvvədə olacaq müqavilə imzalayıb. Hücumçunun müqaviləsində kompensasiyaların məbləği 50 milyon avro təşkil edib.

new-1.jpg (167 KB)

Manay "Albasete”yə 2019-cu ilin yayında "İnter”dən keçib. Transferin məbləği indiki mövsümün qiyməti ilə 2 milyon avro təşkil edib. 

23 yaşlı alban futbolçu 10 matçda (4 oyunda əsas heyətdə) iştirak edib. O, bu oyunlarda üç qol (bir qol penaltidən) müəllifi olub. Futbolçu həmçinin dörd sarı kart alıb. 

Rey Manay habelə Albaniya yığmasında da 11 matç keçirib və 3 qol vurub. 

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti