Almaniya məhkəməsindən "Tesla"ya STOP

17.02.2020 11:59 62 Nəqliyyat və avto

Almaniya məhkəməsi ABŞ-ın “Tesla” şirkətinin paytaxt Berlində inşa etmək istədiyi fabriklə bağlı hazırlıqların müvəqqəti dayandırılması haqqında qərar qəbul edib.

FAN.AZ bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, məhkəmə fabrikin tikintisi üçün yüzlərlə ağacın kəsilməsinə etiraz edən ekoloji qrupları nəzərə alıb.

Xatırladaq ki, “Tesla”ın baş direktoru Elon Musk ötən ilin noyabr ayında Berlində “Gigafactory” adlı bir fabrikin qurulacağını açıqlamışdı. Bu məqsədlə 91 hektar ərazidə ağacın kəsilməsi nəzərdə tutulurdu. Ətraf mühitin mühafizəsi qrupları meşəlik bir ərazidə qurulacaq fabrikin bölgənin təbii həyatına və su qaynaqlarına təhlükə yaratacağını iddia edir.

Hazırda “Tesla”ın ABŞ-da 2, Çində isə 1 ədəd “Gigafactory” fabriki var.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti