Aviaşirkət bütün uçuşları təxirə saldı

09.09.2019 14:15 189 Dünya

Böyük Britaniyanın hava yolları şirkəti “British Airways” bütün uçuşları təxirə salıb.

Fan.Az redaktor.az-a istinadən xəbər verir ki, buna səbəb məvaciblərindən narazı olan pilotların tətil elan etməsidir. Məlumata görə, pilotlarla şirkət arasında 9 aydır aparılan danışıqlar nəticəsiz qalıb.

Nəticədə 4300 pilot 48 saat işə çıxmaqdan imtina edib. 800 uçuşun təxirə düşməsi 145 min sərnişinə təsir edib.

Oxşar xəbərlər

Xəbər lenti