AVRO-2020: Püşkatma mərasimi start götürüb

30.11.2019 21:31 130 İdman

umıniyanın paytaxtı Buxarestdə 2020-ci il Avropa çempionatının püşkatma mərasimi başlayıb.

Fan.Az xəbər verir ki, püşk nəticəsində AVRO-2020-nin qruplarının tərkibi müəyyənləşəcək.

A qrupunun oyunlarına İtaliyanın paytaxtı Roma ilə yanaşı, Bakı şəhəri də ev sahibliyi edəcək.

Bədii hissənin ardından aparıcılar səhnəyə çıxıblar. AVRO-2020-nin rəsmi saundrekini ifa edəcək Martin Qarriks təqdim olunub. Ardından çempionata ev sahibliyi edəcək şəhərlər və nüfuzlu yarışa vəsiqə qazanmış komandalarla bağlı təqdimat videosu nümayiş etdirilib.

avro-2020.jpg (238 KB)

Rikardu Karvalyu və Joau Mariu AVRO-2020-nin qalibinə verilən Anri Delone kubokunu səhnəyə gətiriblər.

Fan.Az

Oxşar xəbərlər

Xəbər lenti