Avropada qədim məscidin qalıqları aşkar olunub

21.06.2019 15:25 291 Maraqlı

Xarabalıqlar arasında məhz məscid binasının yerləşdiyini, yalnız ərazidə aparılacaq qazıntı işlərindən sonra təsdiq etmək mümkün olacaq.

İspaniyada Madrid şəhəri ətrafında arxeoloqlar qədim şəhərin xarabalıqlarını aşkar ediblər. Ərazidə vaxtı ilə məscidin də yerləşdiyi güman olunur. Fan.az bildirir ki, bu haqda məlumatı Live Science nəşri yayıb.

İnsanlar tərəfindən tərk edilmiş vestqotların qədim Rekkopolis şəhərinin xarabalıqlarını geomaqnit tədqiqatlar nəticəsində ətraflı nəzərdən keçirmək mümkün olub. Ərazidə saray qalıqlarının izləri və Avropanın ən qədim məscidlərindən biri olacağı guman edilən tikili aşkar edilib.

Alimlər böyük binalardan birinin başqalarından fərqləndiyini və onun divarlarının Məkkə istiqamətində yerləşdiyini müəyyən ediblər. Məlumatda həmçinin qeyd edilir ki, tikilinin qalıqları məscidi xatırladır.

Məscidlə bağlı versiyanı yalnız qazıntılardan sonra təsdiq etmək mümkün olacaq.

Xatırladaq ki, əsası Avropada Qaranlıq çağların hökm sürdüyü bir dövrdə qoyulmuş Rekkopolis şəhəri Vestqot dövlətinin paytaxtı olub. Onun yaşı təxminən 1400 ildir.

Oxşar xəbərlər

Xəbər lenti