Avtomobillərin nömrələrini gizlədən sürücülər 500 manat məbləğində cərimələnib Foto

24.01.2020 19:00 207 Nəqliyyat və avto

Bakıda avtomobilin dövlət qeydiyyat nişanlarını gizlədən sürücülər cərimələnib.

FAN.AZ xəbər verir ki, sosial şəbəkələrdə paytaxtın 28 May küçəsində bir neçə nəqliyyat vasitəsinin Bakı Nəqliyyat Agentliyinin (BNA) kameralarından yayınmaq üçün dövlət qeydiyyat nişanlarını gizlətməsini əks etdirən görüntülər yayılıb.

BNA-nın mətbuat katibi Mais Ağayev APA-nın sorğusuna cavabında bildirib ki, dayanma-durma qaydalarını pozaraq cərimədən yayınmaq məqsədi ilə avtomobilin dövlət qeydiyyat nişanının gizlədilməsi qanunaziddir: “Dəfələrlə sürücülər tərəfindən buna cəhdlər olub və dərhal müvafiq tədbirlər görülüb. Əsasən qanunsuz parklanmaya nəzarət kameraların olduğu ərazilərdə bu cür hallara rast gəlinir. Bu cür qanunaziddi əməllər aşkarlandıqda dərhal Dövlət Yol Polisinə məlumat verilir və həmin avtomobilin sürücüsü müəyyən edilərək barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun tədbir görülür. Sürücülər bilməlidirlər ki, onların bu hərəkətinə görə cərimə sanksiyası daha ağırdır. Bir daha sürücülərimizi yol hərəkəti qaydalarına o cümələdən də dayanma-durma və parklanma qaydalarına əməl etməyə çağırırıq”.

nomre gizleden.jpeg (54 KB)

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti