Axtarışda olan azərbaycanlı hərbçi Rusiyada tutuldu

21.12.2019 13:30 266 Hadisə

Volqoqrad polisinin cinayət-axtarış şöbəsinin əməkdaşları həmkarlarına münasibətdə vəzifə səlahiyyətlərini aşmaqda və onlardan pul tələb etməkdə şübhəli bilinən axtarışda olan azərbaycanlı hərbçini saxlayıblar.
TASS xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti informasiya yayıb.

“Rusiya Daxili İşlər Nazirliyinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları Azərbaycan Respublikasından olan həmkarlarına kömək edərək, axtarışda olan xarici dövlətin hərbi qulluqçusunu müəyyən edərək saxlayıblar.

Dekabrın 20-də sözügedən şəxs qohumlarının yanında gizləndiyi Volqoqradın Dzerjinski rayonunda polis tərəfindən saxlanılıb”, - qurumun mətbuat xidməti bildirib.

Rusiya Daxili İşlər Nazirliyinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, saxlanılan şəxs Azərbaycana ekstradisiya olunması üçün prokurorluq orqanlarına təhvil verilib.(oxu.az)

Oxşar xəbərlər

Xəbər lenti