“Ay bədbəxt, kəfənə bürünüb gedəcəyik” - Elnurdan ağır sözlər

12.02.2020 14:51 264 Şou-biznes

“Vaqif Gərayzadənin tələbələri hazırda ölkənin əsas müğənniləridir. Hərəmizə bir mahnı oxutdururdu və bilirdi ki, oxuyan adam nəyə qadirdir. Ancaq bizdən sonrakı qruplar səhnə üçün yaranmadı”.

FAN.AZ Axşamaz-a istinadən xəbər verir ki, bu sözləri “MTV Azərbaycan”da yayımlanan “Söhbətsiz” proqramında müğənni Elnur Məmmədov deyib.

Sənətçi efirlərdən uzaq gəzməsinə aydınlıq gətirib:

“İki il sonra ilk dəfə verilişə çıxmışam. Efir var ki, efirə çıxaq? Öz evimdə istəmirəmsə, ailəm o kanala baxsın, ora çıxaram? Heç vaxt! Nümunəvi bir şey görmürəm. Ancaq bir-birini sındırır, qırır, tənqid edir, təhqir edirlər. Bundan başqa heç nə görmürük. Heç vaxt qalmaqalım olmayıb. Mənə söz atanlara belə cavab verməmişəm. Üç il olar ki, maqazin verilişlərinə, 10 il olar ki, sayt, qəzet və jurnallara müsahibə vermirəm. İki ildir heç bir konsertə getmirəm. Ancaq əsgərlərə konsert verirəm. Canlı verilişlərə belə çıxmaq istəmirəm. Çünki 10-15 dəqiqə gecikmə ilə efirə gedir. Sözümüzü deyirik, lakin kəsib efirə istədikləri kimi verirlər. Müğənnini başqa cür təqdim edirlər. İnsanların gözündə bizi başqa cür formalaşdırırlar. Məsələn məni tək çağırırlar, başqasını cüt çağırırlar. Mənə hörmətlə yanaşırlar, təzə müğənniləri sındırırlar. Bu da mənə pis təsir edir. Ay bədbəxt, sənin qarşısındakı təzə efirə çıxsa da, sənin ondan fərqin yoxdur. Hamımız bir kəfənə bürünüb gedəcəyik”.

O, Samir Bayramlının “Fəxri ad alan həmkarlarınızın uğuruna sevindiniz” sualına “Sevindim, amma hamısına yox” deyə, cavab verib.

E.Məmmədov ad çəkməsə də, bəzi sənətçiləri qəbul etmədiyini söyləyib:

“İkili oyunu sevmirəm. Şəxsi həyatda necəyəmsə, işimdə də eləyəm. Bir dəfə yaşayıramsa, kişi kimi yaşamalıyam. Həyatdakı ən böyük qazancım mənliyimdir. Şəxsiyyətini qəbul etmədiyim insan var ki, sənətini sevirəm. Ancaq Azərbaycanda bir çoxlarının sevdiyi müğənni var ki, insanlığı məni qane etmədiyi üçün sənətini də özümə yaxın tuta bilmirəm. Mənim üçün əsas qürur, mənlik və tərbiyədir. Bu yoxdursa, istəyir dəhşətli sənətin olsun, yaşın da yüksək olsun fərqi yoxdur”.

Müğənni konsert verməməyinin səbəbini isə belə izah edib:

“Konsertə mənə dəvətnamə verəndə qəbul etmirəm, onu qaytarıb, özüm gedib bilet alıram. İndi konsert vermək çox asandır. Gedib İcra Hakimiyyətinə deyəcəm ki, konsertimə filan məktəblərin direktorları, filankəslər gəlsin. Milləti ora dolduracam, hamı da deyəcək ki, anşlaqla konsert keçdi”.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti