Əli Sunal və Nazlı Qurbanzadənin qızı olub
Fan.az xəbər verir ki, Azərbaycanda da olduqca məşhur olan və daha çox "Şaban" kimi tanınan aktyor Kamal Sunalın özü kimi aktyor olan oğlu ata olub. Əli Sunalın övladı bu gün dünyaya gəlib. Bu barədə o öz "İnstagram" səhifəsində məlumat verib.
Əslən azərbaycanlı olan vəkil Nazlı Qurbanzadə ilə ötən il nikah masasına oturan aktyorun qızı olub.
"Xoş gəldin canım qızım. Mən ata oldum, yuxu kimidir. Xoş gəldin Narinim. Mənim həyatım Nar bala!".
Xatırladaq ki, 2011-ci ildə "Şaban"ın oğlu öz həmkarı Gökçə Bahadır ilə ailəli olub. Lakin cütlüyün birgə həyatı cəmi 8 ay davam edib.
Nazlı Qurbanzadə Türkiyə kübar cəmiyyətinin üzvi olan vəkil Bülənt Qurbanzadənin qızıdır.