Azərbaycanda qadına cinayət işi açıldı: Görün,nə edib

18.08.2021 12:49 113 Kriminal

Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Ağstafa şəhəri ərazisində 2 azyaşlı uşağa qarşı zorakı hərəkətlər edilməsi barədə məlumatlar yayılıb.

Bu barədə "FAN.AZ"-a Ağstafa Rayon Prokurorluğundan məlumat verilib.

Araşdırma ilə Mehralıyeva Səadət Həmid qızının müxtəlif vaxtlarda 2013 və 2014-cü il təvəllüdlü ögey övladlarına mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə əzab verərək onlara çoxsaylı bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Ağstafa Rayon Polis Şöbəsinin istintaq bölməsinə tapşırılıb.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti