Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat davam edir Foto

24.01.2020 18:07 2176 Dünya

Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat hallarının olduğunu tez-tez müşahidə edirik. Bu Azərbaycanın işqal olunmuş əraziləri ilə bağlı yanlış informasiyalanın yayılması ilə bağlıdır.

Təsadüfən Rusiya saytlarının birində Türkiyədən Azərbaycana marşrut xəttini müəyyən edmək üçün axtarış etdik. Nəticə heç də ürək açan olmadı, belə ki, Ermənistan Respublikası və separatçıları tərəfindən işğal olunmuş ərazilər “Нагорно-Карабахская республика” кими göstərilib.

Sayt rəhbərliyinə etdiyimiz müraciət nəticəsiz qaldı. Sonda şərh bölümündə rus dilində bir Azərbaycan vətədaşı kimi öz borcumuzdan çıxaraq bu məlumatın səhv olduğu və düzəliş aparılmasını xahiş etdik. FAN.AZ-ın apardığı raşdırma nəticəsində müəyyən oldu ki, saytda yerləşdirilən xəritə “rocketmap.ru”-ya məxsusdur. Odur ki, əziz Soydaşlarımız Dağlıq Qarabağın Azərbaycanın əzəli, əbədi torpağı olduğunu və Ermənistan tərəfindən işğal edildiyini sayt rəhbərliyinin diqqətinə çatdırmaq üçün şərh bölümündə öz fikirlərinizi bölüşməyi xahiş edirik. Sonda xatırladaq ki, heç bir ölkə və ya beynəlxalq təşkilat Dağlıq Qarabağın elan etdiyi müstəqilliyini tanımayıb. Münaqişəli ərazidə Dağlıq Qarabağı respublika kimi qeyd olunması yalnız de-fakto olaraq etnik erməni separatçılarının arxasında Ermənistanın dayandığını göstərir.

Oxşar xəbərlər

Xəbər lenti