Azərbaycanlı xanım jurnalist Türkiyədə vəfat etdi Foto

19.01.2020 15:40 125 Ölkə

Azərbaycanlı jurnalist Aynur Təhməzova (Aynur Eyvazova imzası ilə tanınırdı) xərçəng xəstəliyindən vəfat edib.

FAN.AZ lent.az-a istinadən xəbər verir ki, həmkarımız Türkiyədə xəstəxanada dünyasını dəyişib. O, qan xərçəngindən əziyyət çəkirdi. Kimyaterapiyadan sonra ağciyərlər iflas edib. Cənazəsi bu gün Azərbycana yola salınacaq.

1973-cü ildə anadan olan Aynur xanım Azərbaycan mətbuatında "Yeni Müsavat" qəzeti, "Medifaorum" saytı və digər mətbuat orqanlarında fəaliyyət göstərib.

Oxşar xəbərlər

Xəbər lenti