Azərbaycanlıların mənə edə bilmədiyini Paşinyan etdi

29.01.2020 13:53 205 Siyasət

Mən hakimiyyətə qarşı hərəkata rəhbərlik edirəm.

FAN.AZ xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Robert Köçəryan “Yerevan Tudey”ə müsahibəsində deyib.

“Hakimiyyətin fəaliyyəti məni siyasətə qaytardı. Hakimiyyət həbsdə saxlamaqla məni özlərinin qabiliyyətsiz siyasətinə qarşı hərəkatın simvoluna çevirdi. Tale mənə zamanında Qarabağın müstəqilliyi uğrunda mübarizəyə rəhbərlik etmək imkanı verib. Hərəkat başlayanda mən möcüzə nəticəsində Azərbaycan həbsxanasından qaça bildim. Taleyin ironiyası odur ki, məni azadlıqdan məhrum etməklə hakimiyyət azərbaycanlıların edə bilmədiyini etdi”, – deyə o bildirib.

Həbsxanadan siyasi mübarizəyə başlayacağını bildirən Köçəryan “ölkənin azad olunması”nda vacib rol oynayacağını deyib.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti