AzTV-də yeni kadr təyinatı oldu

06.03.2020 18:25 101 Ölkə

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətində yeni kadr təyinatı olub.

FAN.AZ xəbər verir ki, bununla bağlı AzTV-nin sədri Rövşən Məmmədov əmr imzalayıb.

Əmrə əsasən, Xalid Əliyev AzTV-nin yeni yaradılan Beynəlxalq müxbir postları və xarici xəbərlər studiyasının direktoru təyin olunub.

Qeyd edək ki, X.Əliyev bundan əvvəl Azərbaycan Dövlət İqtisad Universitetinin Marketinq və kommunikasiya departamentinin direktoru vəzifəsində çalışıb. O daha əvvəl uzun müddət “Lider” televiziyasında müxtəlif vəzifələrdə işləyib.

Xalid.jpg (110 KB)

FAN.AZ 

Oxşar xəbərlər

Xəbər lenti