AzTV-nin sabiq sədri Arif Alışanov gənc müğənni ilə ailə qurub Video

25.07.2019 14:55 346 Şou-biznes

Fan.az gununsesi.org-a istinadən xəbər verir ki, Arif Alışanov, "Mədəniyyət” kanalının aparacısı, həmçinin televiziyanın solisti Ayşən Məstanova (Şakirqızı) ilə nikaha girib. Cütlüyün izdivacdan bir oğlu var. Mənbə bildirib ki, həyat yoldaşı A.Alışanov işdən azad edildiyi gün telekanalı tərk edib.

Xatırladaq ki, Arif Alışanov bu il yanvarın 15-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla AzTV sədrliyindən azad edilmişdi. Bundan az əvvəl xanımı, Hesablama Palatasının auditoru Mehriban Alışanova ondan boşanıb. Mehriban Alışanova hazırda Hesablama Palatasının beş auditorundan biridir. Onların bu evlilikdən üç övladı var.

Qeyd edək ki, boşanmaya səbəb kimi Arif Alışanovun son zamanlar şəxsi həyatında baş verən proseslər göstərilmişdi.

Oxşar xəbərlər

Xəbər lenti