Bakıda ağır qəza - xəsarət alanlar var Video

13.02.2020 09:32 331 Hadisə

Bakının Suraxanı rayonunda iki avtomobilin toqquşması beş nəfərin yaralanmasına səbəb oldu.

FAN.AZ Oxu.Az-a istinadla xəbər verir ki, “Tofaş” və “Opel” markalı avtomobillərin iştirakı ilə baş verən qəza Suraxanı rayonunun Bahar qəsəbəsində qeydə alınıb.

Hadisə nəticəsində Opelin sürücüsü İntiqam Məmmədov, Tofasin sürücüsü Fərhad Səfərov, sərnişinlər Sergey Ustinov, Zəminə Qasımova, Sərxan Abuluaslanov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq 3 saylı şəhər kliniki xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatları aparılan avtoekspertizanın sonunda bəlli olacaq.

FAN.AZ 

Oxşar xəbərlər

Xəbər lenti