Bakıda canavar 54 yaşlı kişiyə hücum etdi Foto

19.02.2020 09:08 667 Hadisə

Bakıda canavar yerli sakini dişləyib.

FAN.AZ “Report”a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivində 1966-cı il təvəllüdlü Cahangirov Camal Fəxrəddin oğlu canavarın hücumuna məruz qalıb.

Yırtıcı onun bədəninin hər iki yuxarı ətrafına xəsarət yetirib.

C.Cahangirov təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

Oxşar xəbərlər

Xəbər lenti