Bakıda kütləvi dava olub, xəsarət alan var

18.12.2019 17:52 274 Hadisə

FAN.AZ trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu ərazisində baş verib.

Bakı şəhər sakinləri Həsənov Kənan Nizam oğlu, İbrahimov Murad Ağarza oğlu, Quluzadə Kənan Qalib oğlu və Fərid adlı şəxs Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Abdullayev küçəsi 43 ünvanına gələrək orada Anar Namazov, Anar Ələsgər oğlu və digər Anar adlı şəxslə mübahisə edib. Mübahisə davaya çevrilib. Hadisə nəticəsində Kənan Həsənov daşla vurularaq xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanıb.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti