Bakıda "Porsche" qəza törədib Foto

03.11.2019 00:00 64 Hadisə

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Fan.Az APA-ya istinadən xəbər verir ki, avtoqəza Heydər Əliyev prospektində qeydə alınıb.

"Porsche" markalı avtomobili yüksək sürətlə idarə edən sürücü qəfil idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaclara, daha sonra "Renault" markalı nəqliyyat vasitəsinə çırpılıb.

Hadisə yerinə yol patrul xidməti müfəttişləri cəlb olunub, qəzanın səbəbləri araşdırılır.

Oxşar xəbərlər

Xəbər lenti