Bakıda qar yol qəzasına səbəb oldu Video Foto

11.02.2020 12:00 243 Hadisə

Bakıda gecə saatlarından yağan qar yol qəzasına səbəb olub.

FAN.AZ "Report"a istinadən məlumat verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

“Mercedes” markalı, “10-UX-284” dövlət nömrə nişanlı avtomobilin sürücüsü nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil işıq dirəyinə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ziyan dəyib. Qəza yerinə DYP əməkdaşları və təxliyə xidməti gəlib.

Oxşar xəbərlər

Xəbər lenti