Bakıda restoranda yanğın baş verib Video Foto

21.11.2019 08:23 58 Hadisə

Bakının Binəqədi rayonunda yanğın baş verib.

Fan.Az APA-ya istinadən məlumat verir ki, hadisə Biləcəri dairəsi yaxınlığında, Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı "Qoşa çinar" restoranında qeydə alınıb.

Bildirilir ki, yanğın restoranın manqal üçün nəzərdə tutulmuş tüstü bacasından başlayıb. Sonradan yanğının sahəsi artıb və elektrik enerjisi kəsilib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının genişlənməsinin qarşısı alınıb. Yanğın yanğındanmühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər

Xəbər lenti