Bakıda sürücüsüz nəqliyyat vasitəsi nümayiş edilib Video

06.12.2019 10:00 184 Nəqliyyat və avto

Bakıda keçirilən sərgidə maraqlı nəqliyyat vasitəsi nümayiş edilib.

FAN.AZ Xezerxeber.az-a istinadla xəbər verir ki, mikroavtobus həm sürücü ilə, həm də sürücüsüz idarə edilə bilir.

Yerli istehsal olan bu universal nəqliyyat vasitəsi "Bakutel 2019" Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində nümayiş etdirilir.

"VİP taksi" adlandırılan mikroavtobus süni zəka, robot və nəqliyyat vasitəsinin imkanlarını özündə birləşdirir. Nəqliyyat vasitəsi müasir radar, lidar və digər sistemlərlə təchiz edilib. Bunların sayəsində də avtopilot rejimində sürücüsüz hərəkət edə bilir.

Nəqliyyat vasitəsi sürücüsüz hərəkət zamanı yol nişanlarının tələblərinə də əməl edir.

Bu nəqliyyat vasitəsinin daha bir üstünlüyü isə avtomobil yolu ilə yanaşı, dəmir yolunda da hərəkət edə bilməsidir. Dəmir yolunda da avtopilot rejimindən istifadə etmək mümkündür.

Mikroavtobusun bəzi ehtiyat hissələri Avropa və Şərqi Asiya ölkələrindən gətirilib. Nəliyyat vasitəsinin sınaqları uğurlu olub və yaxın vaxtlarda bazara çıxarılacağı gözlənilir.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti