Bakıda taksilər dezinfeksiya olunur Foto

06.03.2020 16:18 3165 Nəqliyyat və avto

Paytaxtın ictimai nəqliyyat sektorunda əksepidemik tədbirlər davam edir. Bu çərçivədə müntəzəm marşrut xətt avtobusları ilə yanaşı taksi minik avtomobilləri də dezinfeksiya olunur. Bununla bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə məktub ünvanlanıb.

Diqqətə çatdırılıb ki, koronovirus (COVİD-19) xəstəliyinin ölkəmizdə yayılmasının qarşısının alınması üçün taksi minik avtomobillərinin də dezinfeksiyası zəruridir.

Qurumdan FAN.AZ-a verilən məlumata görə, növbəti dezinfeksiya tədbiri “Salam Taksi” şirkətində təşkil olunub. Dezinfeksiya zamanı taksi minik avtomobillərinin salonu, yük hissəsi və xarici hissələri xüsusi dərman məhlulları ilə təmizlənib.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti