Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
FAN.AZ APA-ya istinadən məlumat verir ki, hadisə metronun “Koroğlu” stansiyası yaxınlığında qeydə alınıb. Yolu keçmək istəyən, 1934-cü il təvəllüdlü Yusifov Raqub Yaquboğlunu maşın vurub. R. Yusifov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.