Bakıda yük maşını ilə minik maşını toqquşub, xəsarət alan var Video Foto

17.12.2019 08:12 387 Hadisə

Bakının Binəqədi rayonunda yol qəzası baş verib.

FAN.AZ APA-ya istinadən məlumat verir ki, avtoqəza Azadlıq prospekti-Binəqədi şossesində qeydə alınıb.

Yusif Hüseynovun idarə etdiyi "Shacman" markalı yük maşını sola doğru dönərkən "Volkswagen" markalı minik maşını ilə toqquşub. Nəticəsində bir nəfər - minik avtomobilinin sürücüsü yüngül xəsarət alıb.

Hadisənin səbəbləri araşdırılır.

Oxşar xəbərlər

Xəbər lenti