Bakının 19 küçəsində xüsusi zolaqlar yaradıla bilər

19.02.2020 18:12 77 Nəqliyyat və avto

“Bakıda ictimai nəqliyyatın hərəkəti üçün 19 küçədə xüsusi zolaqların yaradılması mümkündür”.

FAN.AZ xəbər verir ki, bu sözləri REAL TV-nin canlı yayımına qonaq olan Bakı Nəqliyyat Agentliyinin (BNA) Aparat rəhbəri Gülşən Rzayeva deyib.

“Bu barədə Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təkliflər verilib. Onların bir hissəsi artıq müsbət rəy alıb və digərlərinin üzərində iş gedir”, - deyə G.Rzayeva əlavə edib.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti