"Barselona" qalib gəlib

03.02.2020 08:30 83 İdman

İspaniya La Liqasında XXII tur yekunlaşıb.

FAN.AZ xəbər verir ki, son gündə azarkeşlər 6 görüş izləyiblər.

İlk "dördlüy"ü hədəfləyən "Real Sosyedad" "Leqanes" səfərində hesabı açmasına baxmayaraq, meydanı məğlub tərk edib. "Leqanes" son dəqiqə qolu sayəsində əzmkar qələbə qazanıb.

Mövsümün sürpriz komandası "Xetafe" ilə Bilbaoda yerli "Atletik" də bacarmayıb. Qonaqlar hər hissədə bir qol vuraraq, evə 3 xalla dönüblər.

"Sevilya" doğma azarkeşləri önündə "Alaves"in müqavimətini qıra bilməyib. Komandalar hərəyə 1 qolla xalları yarı bölüblər.

Turun son matçında "Barselona" "Levante"ni qəbul edib. Lider "Real" bir gün əvvəl qələbə qazandığından, Kataloniya klubunun "Nou Kamp"da qalibiyyətdən başqa yolu yox idi. "Barsa" gənc oyunçusu Ansu Fatinin 2 dəqiqə ərzində dubl etdiyi matçdan qalib ayrılmağı bacarıb.

İspaniya La Liqası
XXII tur
2 fevral
"Leqanes" - "Real Sosyedad" - 2:1
Omureo, 49; Oskar, 90+4 - İsak, 20
"Eybar" - "Betis" - 1:1
Orelyana, 15 (pen.) - Fekir, 7
"Atletik" - "Xetafe" - 0:2
Damian Suares, 36; Mata, 50 (pen.)
"Sevilya" - "Alaves" - 1:1
Okampos, 77 (pen.) - Jozelu, 70
"Vilyarreal" - "Osasuna" - 3:1
Pako, 45+1; Pena, 54; Kazorla, 59 (pen.) - Aridane, 48
"Barselona" - "Levante" - 2:1
Fati, 30, 31 - Roçina, 90+2

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti