Baş Prokurorluq açıqlama yayıb

20.11.2019 15:31 55 Ölkə

Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Gəncə regional bölməsinin rəisi Hüseyn Abdullazadənin, Gəncə regional bölməsinin Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun müdiri Kamran Əzizovun, Lənkəran regional bölməsinin rəisi Əlimuxtar Bağırovun, Lənkəran regional bölməsinin Bitki sağlamlığı və fitosanitar nəzarəti sektorunun böyük məsləhətçisi Habil İsmayılovun barələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində guya araşdırmalar aparılması ilə bağlı məlumatlar dərc edilib.

Fan.Az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat Xidmətinin yaydığı açıqlamada bildirilib ki, həmin informasiyalar həqiqəti əks etdirmir:

"Eyni zamanda bildirilir ki, adları qeyd edilən şəxslərlə bağlı Qida Təhlükəsizliyi Agentliyindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə hər hansı material daxil olmamış və həmin şəxslər barəsində Baş İdarədə araşdırma aparılmayıb.

Kütləvi informasiya vasitələrinin nümayəndələrindən bir daha xahiş edilir ki, həqiqətə uyğun olmayan məlumatların yayılmaması və bu kimi halların gələcəkdə təkrarlanmaması məqsədilə həmin məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü Baş Prokurorluğun Mətbuat Xidməti ilə dəqiqləşdirsinlər.

Fan.Az

Oxşar xəbərlər

Xəbər lenti