Baş redaktor seçkilərdə namizəd oldu Video

19.01.2020 11:37 1451 Ölkə

Bu ilin fevral ayında keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən Rövşən Həsənovun namizədliyi təsdiq olunub.

AvtoReyd.AzFAN.AZ saytlarının təsisçisi və baş redaktoru Rövşən Həsənovun namizədliyi 26 saylı Sabunçu 1-ci Seçki Dairəsindən qeydə alınıb.

Rövşən Firudin oğlu Həsənov 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983-cü ildə 213 nömrəli orta məktəbin birinci sinfinə daxil olub.
Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft Akademiyasına (hazırkı ADNSU) qəbul olub.
Bir sıra xarici şirkətlərdə çalışıb. 2003-cü ildən 2013-cü ilə qədər ANS Şirkətlər Qrupuna daxil olan “ANS ÇM” radiosunda əvvəlcə səs rejissoru, sonra isə texniki direktor olub.

2013-2016-cı illərdə Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin nəzdində fəaliyyət göstərən AVTO FM 107.7 radiosunda texniki direktor, aparıcı, baş koordinator və baş direktor vəzifələrində çalışıb.

Xəzər 103 FM və Space 104 FM radiolarında, APA TV-də aparıcı kimi fəaliyyət göstərib.

Qeyd edək ki, 2017-ci ildə AvtoReyd.Az, 2019-cu ildə isə FAN.AZ saytını təsis edib. Hazırda həmin xəbər portallarında baş redaktor vəzifəsində fəaliyyətini davam etdirir.

Ailəlidir, 2 övladı var.

Oxşar xəbərlər

Xəbər lenti