Bayramlı Fərid Rafiq oğlu Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun Latvia, Litva və Estoniya üzrə sədri təyin edilib.
Bayramlı Fərid 23 Noyabr 1990-cı ildə Bakı şəhərində anadan olub. İş fəaliyyəti çox olduğundan bir neçəsini sizə təqdim edirik: Dövlət Sığorta Şirkətində nəqliyyat sığortası departamentinin direktor müavini vəzifəsində uzun illər çalışdıqdan sonra, eyni idarədə sığorta hadisələri departamentinin tənzimləmələr şöbəsinin müdiri vəzifəsində işləyib. Rus, İngilis dillərində sərbəst danışır. Ailəlidir iki övladı var.
Xatırladaq ki, Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondu fəaliyyəti dövründə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə bir neçə dəfə müxtəlif layihələr uğurla həyata keçirərək şəhid ailələrinə, müharibə əlilllərinə, vetranlarina və valideyin himayəsindən mərhum olunmuş kimsəsiz yeniyetmələrə tibbi –sosial problemlərinin həllinə yaxından köməklik edib.