Beynəlxalq Muğam Mərkəzi kamançaya həsr olunmuş dəyirmi masa keçirəcək

25.12.2019 08:12 120 Mədəniyyət

27 dekabr saat 12:00-da Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə “Kamançanın əmsallarının, kamança ailəsinin və kamanlı alətlərin ölçü sistemlərinin təyin edilməsi” mövzusunda “Dəyirmi masa” təşkil ediləcək.

4 mart tarixində “Azərbaycan tarı, dünən, bu gün və sabah” adlı elmi-seminar aprel ayının 29-da isə “Dəyirmi masa” layihəsi çərçivəsində "Azərbaycan tarının, tar ailəsinin ölçü sistemləri və əmsallarının təyin edilməsi məsələləri " adlı elmi-praktiki konfrans keçirilib, bu barədə FAN.AZ-a mərkəzin mətbuat xidmətindən məlumat verilib.

Konfrans və seminarlarda tar musiqi alətinin və tar ifaçılığı sənətinin çoxəsrlik inkişaf mərhələsi ətrafında fikir mübadiləsi aparılmış və tar musiqi alətinin ölçü sistemləri əyani şəkildə tar aləti hazırlayan ustalara nümayiş etdirilmişdir. Layihələr çərçivəsində elmi-metodik tövsiyələri özündə ehtiva edən kitabçalar paylanmışdır.

Bu tədbirlərdən sonra tar istehsalı sahəsində ciddi dönüş yaranmış və tar istehsal edən ustalar bu aləti artıq kitabçada nəzərdə tutulmuş ölşü sistemlərinə uyğun qaydada hazırlamağa başlamışlar.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti