Bir zamanlar dünyaca məşhur pornoulduz indi tunellərdə səfil həyatı yaşayır Video Foto

17.09.2019 17:10 1630 Şou-biznes

Fan.Az xarici mediaya istinadla xəbər verir ki, dünyaca məşhur keçmiş pornoulduz 37 yaşlı Cenni Linin ABŞ-ın qumarxanalar mərkəzi olan Las-Veqas şəhərindəkı tunellərdə səfil həyatı yaşadığı ortaya çıxıb.

Amerikanın dünyaca məşhur pornoulduzunun son halı hamını heyrətə salıb. Əsl adı Stefaniya Sadorra olan Cenni Li, bu ilin yay aylarında Las-Veqas Stripin altındakı tunellərdə gözlənilməz bir şəkildə üzə çıxıb. Əslən Tennessidən olan aktrisanın neçə vaxtdır evsiz olduğu, ya da tunellərə necə düşdüyü məlum deyil.

Pornoulduzların dəbdəbəli həyatı reallıqda heç də göstərildiyi kimi deyil. Onlardan biri də Cenni Lidir. Böyüklər üçün film sənayesinin məşhur simasının keçmiş gözəlliyindən heç bir əsər-əlamət qalmayıb. Porno filmlərinin təkcə bir saytda 45 min nəfər abunəçisinin olduğu pornoaktrisanın son 10 ildə heç qara qəpik də pul qazanmadığı aşkar olub.

19 yaşında model kimi fəaliyyətə başlayan, bəzi televiziya reklamlarında çəkilən və 21 yaşında baş rola dəvət alan Cenni Linin (Stefaniya Sadorra) sonuncu dəfə 2016-cı ildə IMDb profilinə görə Horny Housewives başlıqlı bir pornofilmdə görünüb.

37 yaşlı keçmiş pornoaktrisa Las-Veqasın altında 200 mil uzunluğundakı tuneldə sənədli filmin çəkilişləri zamanı ortaya çıxıb. Hollandiyadan olan çəkiliş heyəti tərəfindən tunellər haqqında material hazırlanarkən, məşhur ulduzun kimliyi təsadüfən üzə çıxıb.

Qeyd olunur ki, məşhur Las-Veqas Stripin altındakı 200 kilometrlik sel tuneli, illərdir ki, yüzlərlə evsizə sığınacaq olub.

Cenni Li (Stefaniya Sadorra) yerin altında yaşamaqdan xoşbəxt olduğunu və həqiqi dostları bu tunellərdə tapdığını söyləyib. İnsanların onu qəbul etdiyini bildirən keçmiş pornoulduz, “düşündüyünüz qədər çətin deyil, hər kəs həqiqətən də hörmətlə yanaşır" deyib.

Oxşar xəbərlər

Xəbər lenti