Bloger xanım həddən artıq uzun orqanına görə varlanıb

18.09.2019 14:15 283 Həyat tərzi

Amerikalı xanımın dili demək olar ki, orta ölçülü dillə müqayisə iki dəfə daha uzundur. Təbiətin ona verdiyi bu orqan sayəsində o, əməlli- başlı sərvət toplayıb.

Fan.Az xarici mediaya istinadla xəbər verir ki, Floridadan olan Mikayla Saraviya Instagramda çox uzun dili hesabına varlanıb. Qız öz "unikal orqanı"nın foto və videosunu çəkərək, Instagram səhifəsində yerləşdirir.

Uzun dilinin ona qazanc əldə etməyə necə kömək etməsi haqda Saraviya müsahibə verib.

İnsan dilinin orta uzunluğu 9 santimetrdir, amma bu xanımın dilinin uzunluğu 16,5 santimetrə çatır. Mikayla Saraviya tez-tez nəsə yaladığı əks olunan videolar paylaşır.

Instagramda amerikalı qızın 2 milyon abunəçisi var. Sosial şəbəkədə hər bir paylaşımına görə bloger xanım 900 dollardan üç min dollara qədər qonorar alır.

Həmçinin Saraviya öz dilinin təsvirini əmtəə markası kimi də qeydiyyata aldırıb. Üzərində dilinin şəkli təsvir olunan geyim və aksessuarlar satır.

Cəmi bir il ərzində blogerin gəliri 50 min dollardan 99,5 min dollara qədər artıb.

Oxşar xəbərlər

Xəbər lenti