BNA Bibiheybətdə nizamlanan piyada keçidi təşkil edib Foto

22.02.2020 13:00 134 Nəqliyyat və avto

Daha bir ünvanda piyada təhlükəsizliyinin səviyyəsi artırılıb. Bakı Nəqliyyat Agentliyindən FAN.AZ-a verilən məlumata görə, çoxsayl vətəndaş müracitələri nəzərə alaraq Bibiheybəy yolu ilə Arif İsmayılov küçələrinin kəsişməsinin yaxınlığında nizamlanan piyada keçidi təşkil edilib.

Məlumat üçün bildirək ki, svetofor xüsusi sensorla təchiz edilib. Piyada sensorlu qurğuya toxunduqdan sonra svetoforu piyada keçidi rejiminə keçirə bilər. Bu kimi svetoforlar, əsasən, hərəkətin intensiv olduğu yollarda quraşdırılır. Belə ki, yolda piyada olmadığı halda svetoforun yalnız yaşıl işığı yanır ki, bu da hərəkətin fasiləsizliyinin təmin edilməsi baxımından vacib amildir.  

Oxşar xəbərlər

Xəbər lenti