BNA: Körpünün üzərində qəza tıxaca səbəb olub

05.10.2019 22:13 54 Nəqliyyat və avto

Bakı Nəqliyyat Agentliyindən Fan.Az-a verilən məlumata görə, bir qədər əvvəl Ziya Bünyadov prospekti (Çermet körpüsünün üzərində) metronun “Koroğlu” stansiyası istiqamətində yol nəqliyyat hadisəsi baş verib.

Bu səbəbdən də qeyd edilən yolda sıxlıq yaranıb. Sıxlıqla əlaqədar Ziya Bünyadov prospektindən keçən müntəzəm marşrut xətlərinin intervalında da gecikmələr yaranıb. Yolda hərəkətin bərpası üçün aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür.

Fan.Az

Oxşar xəbərlər

Xəbər lenti