BŞDYPİ məktəbliləri maarifləndirdi Video

20.02.2020 13:50 100 Nəqliyyat və avto

Ötən gün Hümanitar Fənlər Təmayüllü məktəb-liseyində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin dəstəyi ilə Azərbaycanda, yol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramı çərçivəsində orta məktəb şagirdləri arasında yol hərəkəti qaydaları, təhlükəsizlik mövzusunda Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi Rəşid Piriyevin təşəbbüsü ilə tədbir təşkil edilib.

FAN.AZ xəbər verir ki, tədbirdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov, Daxili İşlər Nazirliyi və Xətai rayon Polis İdarəsindən nümayəndələr, kütləvi informasiya vasitələri, məktəb-liseyinin müəllim və şagird kollektivi iştirak edib.

Fəridə Süleymanova sonda Polkovniki və qonaqları səhnəyə dəvət edib. Səhnədə polis polkovniki Vaqif Əsədov, məktəb direktoru Nəzakət xanım, YPX.AZ media şirkətinin rəhbəri Səməndər Niftəliyev və digər qonaqlar çıxış ediblər.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov tədbir haqqında məlumat verərək bildirib ki:

“Ümumiyyətlə Dövlət Yol polisi əməkdaşları gündəlik inzibati tənbeh tədbirlərinin görülməsinə, profilaktik tədbirlərin keçirilməsinə, təbliğat işlərinin aparılmasına önəm verir. Əlbətdə ki, yol polisi olaraq fəaliyyətimizi bir neçə istiqamətdə aparırıq. Əvvəl hərəkətin təşkil edilməsi, daha sonra mərhələ təbliğatın aparılması, xidmət apardığımız ərazidə yol hərəkəti qaydalarını pozanlara inzibati tənbeh tədbirləri görməkdir ki, yol hərəkəti hadisələri sayının azalmasıdır. Bu günki tədbirimizin məqsədi təbliğat işinin gücləndirilməsinə yönəlik olduğunu deməklə yanılmaram və məlumat üçün bildirim ki, 2019-2023-cü illər üçün yol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramı qəbul edilib ki, qəza hadisələri sayının aşağı düşməsində, xüsusilə məktəb yaşlı, azyaşlı uşaqların həyat və sağlamlığının qorunmasında təbliğat işlərinin gücləndirilməsi nəzərdə tutulub. Bu baxımdan Bakı şəhər ərazisində yerləşən təhsil müəssisələri və yaxud təhsiləqədər müəssisələrdə bu tədbirlərin keçirilməsi və keçirilən görüşlərdə azyaşlı uşaqlara yol hərəkəti qaydalarından izahat işlərinin aparılması və təhlükəsizlik qaydalarını aşılanması öndə gedən məqsədimizdir.”

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti