Bu il Azərbaycandan Gürcüstana 20 milyon dollara yaxın pul köçürülüb

12.12.2019 09:45 94 İqtisadiyyat

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan Gürcüstana köçürülən pul vəsaitlərinin həcmi 19,9 milyon dollar təşkil edib.

FAN.AZ “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının hesabatında bildirilib.

On bir ayda Azərbaycandan qonşu ölkəyə daxil olan pul köçürmələrinin həcmi illik müqayisədə 1,6 milyon dollar və ya 8,74% artıb.

Hesabat dövründə Gürcüstandan Azərbaycana isə 12,8 milyon dollar köçürülüb ki, bu da ötən ilin analoji göstəricisindən 1,7 milyon dollar, yaxud 15,3% çoxdur.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti