Bu "Maşın şou" bəziləri üçün ilk olacaq Foto

26.09.2019 23:50 194 Şou-biznes

Xəbər verdiyimiz kimi, oktyabrın 1-dən etibarən ölkənin ən reytinqli layihəsi olan "Maşın" realiti-şousu start götürəcək. 18-ci sürət "Əsl maskarad bundan sonra başlayacaq!" devizi altında reallaşacaq.

4 gündən sonra başlayacaq şounun 18 məşhur iştirakçısının adları gizli saxlansa da, bəzi yarışmaçıların kimliyi bəlli olub.

Fan.Az Metbuat.az-a istinadən xəbər verir ki, onlarda biri meyxanaçı Pərviz Bülbülə ilə birgə oxuduğu duetdən sonra məşhurlaşan ifaçı Türkan Vəlizadədir. Bu onun sözügedən yarışda ilk iştirakı olacaq.

Turkan Velizadeh.jpg (53 KB)

Digər məşhur sima isə rəqqasə Fatimə Fətəliyevadır. Sənətçi 2006-cı ildə "Maşının" 5-ci sürətində iştirakçı kimi olub. "Payız əfsanələri" devizi altında keçirilən şouda rəqqasə səs toplamayaraq yarışı tərk edib.

Fatima Fataliyeva.jpg (44 KB)

Müsabiqədə iştirak edəcək digər tanınmış isə Fuad Musayevdir. Bu onun realiti-şouda ilk iştirakıdır.

Fuad Musayev.jpg (56 KB)

Şouda ilk dəfə yarışacaq simalardan biri isə meyxanaçı Aqşin Fatehdir.

Fan.Az

Oxşar xəbərlər

Xəbər lenti