Cəfər Cabbarlı meydanı boşaldılır

04.12.2019 15:26 37 Ölkə

Bakının "28 May” metrostansiyasi yaxınlığına yerləşən Cəfər Cabbarlı meydanı boşaldılır.

Fan.Az xəbər verir ki, sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, sözügedən meydanda "fast food" yeməkləri satan iki səyyar obyektdən biri götürülüb, digəri isə bağlıdır. Xırda alverlə məşğul olan səyyar ticarətçilər də yoxdur.

Meydandakı qəzet köşkündən bəzilərinin satıcıları təsdiq etdi ki, onlara dekabrın 10-dək ərazini tərk etməyə vaxt verilib. Satıcılardan biri isə dedi ki, Bakı Nəqliyyat Agentliyi (BNA) meydanda yenidənqurma işi aparacaq. Bildirilib ki, BNA növbəti Nəqliyyat Mübadilə Mərkəzini Cəfər Cabbarlı meydanı ətrafında yaratmağı planlaşdırır.

Fan.Az

Oxşar xəbərlər

Xəbər lenti