Cəlilabadda avtomobil aşdı Foto

24.02.2020 08:55 135 Hadisə

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

FAN.AZ "Report"a istinadən xəbər verir ki, hadisə Uzuntəpə kəndində qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb və aşıb. Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti