Çempionlar Liqası: "Atletiko" və "Borussiya" qələbə qazanıblar

19.02.2020 08:00 159 İdman

UEFA Çempionlar Liqasında (ÇL) iki aylıq fasilə başa çatıb.

Apasport.az saytının məlumatına görə, bu gün pley-off mərhələsinə start verilib.

1/8 final mərhələsinin ilk oyun günündə iki qarşılaşma oynanılıb. Hər iki matçda meydan sahibləri qələbə qazanıblar.

Çempionlar Liqasının son qalibi “Liverpul” Madriddə çətin sınaq qarşısına çıxıb. Görüş ev sahiblərinin minimalhesablı qələbəsi ilə yekunlaşıb.

Turnirin favoritləri sırasında göstərilən PSJ Dortmundda "Borussiya"nın qonağı olub. Bu oyunda da ev sahibləri üstün tərəf olublar. Ancaq PSJ Fransaya sərfəli məğlubiyyətlə dönür.

Qeyd edək ki, bu komandalar arasında cavab matçları martın 11-də keçiriləcək.

Çempionlar Liqası
1/8 final, ilk oyunlar
18 fevral
00:00. “Atletiko” (İspaniya) – “Liverpul” (İngiltərə) - 1:0
Qol: Saul, 4
Baş hakim: Şimon Marçinyak (Polşa)
Madrid. “Vanda Metropolitano”

00:00. “Borussiya” (Dortmund, Almaniya) – PSJ (Fransa) - 2:1
Qollar: Haland, 69, 77 - Neymar, 75
Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)

FAN.AZ

Oxşar xəbərlər

Xəbər lenti